جايماز
سلاملار گوزل وطنداشلاريم جايماز بلوگونا خوش گليبسينيز
+0 به يه ن
یاییلیب : شنبه 6 آبان 1391 | یازار : جايماز | بؤلوم : نصرت كسمنلي | 0 باخيش لار

İndi sevə-sevə ayrılaq gərək

Biz xoşbəxt olmadıq sevənlər kimi
İndi son bahar tək sızlar könlümüz
Bəlkə bu dünya gəlmişik canım
Artıraq dünyanın həsrətini biz

Tənə də, giley də daha əbəsdir
Bu sirli röyadan ayrılaq gərək
Ya sən gecikmisən, ya mən tələsdim
İndi sevə-sevə ayrılaq gərək

Könlüm gizli-gizli yanacaq indi
Bir damla göz yaşın dənizdi mənə
Bizə xatirələr qalacaq indi
Sənin xatirən də əzizdir mənə

Bilirəm bu həsrət üzəcək səni
Calış kölgə kimi sürünməyəsən
Gözlərim hər zaman gəzəcək səni
Calış gözlərimə görunməyəsən

Bir hissin altında döyünür ürək
Səni düşünürəm səndən xəbərsiz
Kaş biləydim ki, sən də mənim tək
Məni düşünürsən məndən xəbərsiz.

یارپاق لار :


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir